"Aris" Bakıya yola düşdü - FOTO

13:17 - 26 İyul 2022

Kiprin "Aris" klubu Avropa Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyununda "Neftçi"nin qonağı olacaq,

 

Sportal.az xəbər verir ki, Limassol təmsilçisi "ağ-qaralar"la matç üçün ölkəmizə yola düşüb. Komandanı Bakıya gətirən təyyarə Larnakadan havaya qalxıb. 

 

Qeyd edək ki, "Neftçi" Kiprdə keçirilən ilk oyunda "Aris"ə 0:2 hesabı ilə məğlub olub. Komandalar arasında cavab qarşılaşması 28 iyul tarixində "Bakcell Arena"da baş tutacaq.

 

“Aris” Bakıya yollandı

Xəbər xətti