İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Sevilya"dan Jul Kundeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Fransalı mərkəz müdafiəçisi ilə 5 illik müqailə imzalanıb. "Barselona" 23 yaşlı futbolçuya görə "Sevilya"ya 50+10 milyon avro ödəyəcək.