"Neftçi" - "Rapid" matçının hakimləri açıqlandı

11:34 - 30 İyul 2022

Avropa Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Neftçi" - "Rapid" matçının hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

 

Görüşün baş hakimi Dario Bel olacaq. Ona yan xətt hakimləri Maryan Tomas və Kristian Novosel kömək edəcək. Dördüncü hakim funksiyasını isə Tihomir Pejin yerinə yetirəcək.
 

Qeyd edək ki, "Neftçi" - "Rapid" matçı 4 avqust tarixində, saat 21:00-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab oyunu bir həftə sonra Vyanada keçiriləcək.

Xəbər xətti