Nazir bu şəhərdə meydançanın vəziyyəti ilə tanış oldu

11:57 - 4 Avqust 2022

Avqustun 3-də gənclər və idman naziri Fərid Qayıbov Hacıqabul şəhərində idman meydançasının vəziyyəti ilə tanış olub.

Sportal.az xəbər verir ki, o, burada gələcəkdə təmir işləri imkanları ilə bağlı fikir mübadiləsi aparıb.

Fərid Qayıbov həmçinin Qaradağ rayonunun Ələt, Səngəçal və Puta qəsəbələrində uzun fasilədən sonra tikintisinin bərpa edilməsi nəzərdə tutulan idman zalları ilə də maraqlanıb.

Hər üç idman qurğusu ilə tanış olan nazir zalların funksionallığının daha artırılması istiqamətində müaviq tövsiyələr verib.

Xəbər xətti