İki məşhur futbolçu "Qalatasaray" üçün İstanbula gəlir

Türkiyənin "Qalatasaray" klubu iki məşhur futbolçunun transferini bitirmək üzrədir.

 

Sportal.az xəbər verir ki, "cim bom" "Arsenal"ın yarımmüdafiəçisi Lukas Torreyra və "Napoli"dən ayrılan Dris Mertenslə razılıq əldə edib. Hər iki oyunçu bu gecə yerli vaxtla 22:45-də İstanbulda olacaq.

 

"Qalatasaray" Lukas Torreyra üçün London təmsilçisinə 6+1,5 milyon avro ödəyəcək. 3+1 illik müqavilə imzalayacaq uruqlavlı yarımmüdafiəçinin illk maaşı 3,2 milyon avro olacaq.

 

Dris Mertens isə "sarı-qırmızılar"a azad agent statusu ilə gəlir. Onunla 1+1 illik sözləşmə imzalanacaq. 35 yaşlı belçikalı hücumçu ilinə 4 milyon avro qazancaq.

Tarix: 6 Avqust [17:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio