Millimiz Qazaxıstana qalib gəldi

18:44 - 6 Avqust 2022

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət millisi VIII turda Qazaxıstanla qarşılaşıb. Görüş yığmamızın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra Azərbaycan millisi 13 xalla 4-cü sıraya yüksəlib.

Xəbər xətti