Premyer Liqa klubundan 17 milyon avroluq transfer

19:16 - 11 Avqust 2022

İngiltərənin "Fulhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vest Hem"dən İssa Diopu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

25 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. "Fulhem" fransalı futbolçu üçün qarşı tərəfə 17,8 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, İssa Diop "Vest Hem"ə 2018-ci ilin yayında "Tuluza"dan transfer olmuşdu. O, London təmsilçisinin heyətində son mövsümdə meydana çıxdığı 26 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti