Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Sportal.az xəbər verir ki, yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.
Komandamızdan növbəti olaraq körpücük üzərinə Ravin Alməmmədov çıxıb. Qazax rayonunun “Göyəzən” Ağır Atletika Klubunu təmsil edən idmançı yaşı 17-yə qədər olan atletlər arasında 67 kq çəki dərəcəsində mübarizə aparıb.
İdmançımız birdən qaldırma hərəkətində 126 kq nəticə ilə bu hərəkətdə gümüş medala sahib çıxıb.
Atletimiz təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, bu hərəkətdə 158 kq-ı ram edərək gümüş medal ədə edib.
Toplam 284 kq (126+158) nəticə göstərən Ravin Alməmmədov bütün rəqiblərini üstələyərək yekun sıralamada qızıl medal qazanıb. Bu nəticə – 284 kq – həm də bu çəki dərəcəsində yeniyetmələr arasında yeni Avropa rekordudur.

Azərbaycanlı idmançı Avropa rekordunu qırdı
şç
Oxşar xəbərlər
Digər Xəbərlər
"Şirvan" və "Qaradağ Lökbatan" qələbə qazandı, "Zəngəzur"dan heç-heçə - II Liqa
Digər Xəbərlər
"Ağstafa Gəncləri" və "Marafon"dan qələbə II Liqa
Digər Xəbərlər
"Sabah" "Neftçi"ni məğlub etdi
Digər Xəbərlər
Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Digər Xəbərlər
Salah ölkəsinin bombardiri oldu
Digər Xəbərlər
"Sabah"ın basketbolçusu ÇL-də həftənin ən yaxşısı seçildi
Digər Xəbərlər
AFFA Ermənistan - Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etirazını bildirdi
Digər Xəbərlər
