Messi "Barselona"ya qayıda bilər

17:56 - 15 Avqust 2022

"Barselona"nın əfsanələrindən hesab olunan Lionel Messi növbəti mövsümün əvvəlində komandaya qayıda bilər.

 

Sportal.az xəbər verir ki, bu iddia ilə İspaniya və Fransa mətbuatı çıxış edib.

 

Kataloniya təmsilçisinin baş məşqçisi Xavi argentinalı ulduzu komandasında görmək istəyir. O, məsələ ilə bağlı "Barselona"nın prezidenti Xoan Laporta ilə görüşüb və Messinin qayıtması üçün lazım olan addımların atılmasını istəyib.

 

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında "Barselona"dan ayrılaraq PSJ ilə 2 illik müqavilə imzalayıb. 35 yaşlı hücumçunun Paris təmsilçisini ilə sözləşməsi gələn ilin yayında başa çatır.

Xəbər xətti