İspaniyalı hücumçu Birləşmiş Ərəb Əmirliklərinə üz tutdu

11:16 - 18 Avqust 2022

İspaniyanın "Vilyarreal" klubu hücumçusu Pako Alkaseri icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. İspaniyalı forvard "Şardja" klubuna keçib.

 

Pako Alkaser 2022/2023 mövsümünü icarə əsasında burada keçirəcək. "Şardja" təcrübəli qolçunu birdəfəlik transfer etmək hüququna sahibidr.

 

Qeyd edək ki, Pako Alkaser "Vilyarreal"a 2020-ci ilin qışında Dortmund "Borussiya"sından transfer olunub. O, son mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 23 matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti