"Qarabağ"ın sabiq qapıçısı "Mançester Yunayted"ə keçə bilər

12:40 - 18 Avqust 2022

İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın transfer siyahısında olan qolkiperlərdən biri "Qarabağ"ın keçmiş üzvü Asmir Beqoviçdir. Hazırda "Everton"da çıxış edən bosniyalı "əlcək sahibi" ikinci qapıçı kimi düşünülür.

 

"Mançester Yunayted"in digər alternativi isə Münhenqladbax "Borussiya"sının isveçrəli qapıçısı Yan Sommerdir.

 

Qeyd edək ki, Asmir Beqoviç 2019-cu ilin sentyabr ayından dekabradək icarə əsasında "Qarabağ"da oynayıb.

Xəbər xətti