"Napoli" Simeoneni transfer etdi

14:33 - 18 Avqust 2022

İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki. Neapol təmsilçisi "Verona"dan Covanni Simeoneni heyətinə cəlb edib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

27 yaşlı hücumçu 2022/2023 mövsümünü icarə əsasında "Napoli"də keçirəcək. Klublar arasında imzalanan müqavilədə argentinalı forvardı 12 milyon avroya birdəfəlik transfer etmək maddəsi də var.

 

Covanni Simeone son mövsümdə "Verona"nın heyətində meydana çıxdığı 35 A Seriyası matçında 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, Covanni "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğludur.

Xəbər xətti