Premyer Liqa klubundan 45 milyon avroluq transfer

14:50 - 18 Avqust 2022

İngiltərənin "Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sportinq"dən Mateus Nunesi transfer edib. Bu barədə "canavarlar"ın mətbuat xidməti məlumat yayıb.

 

"Vulverhempton" 23 yaşlı dayaq yarımmüdafiəçisi ilə 5+1 illik müqavilə imzalayıb. Portuqaliyalı futbolçu üçün Lissabon təmsilçisinə 45+5 milyon avro təzminat ödəniləcək.

 

Qeyd edək ki, Mateus Nunes "Sportinq"ə 2019-cu ilin yanvar ayında "Eştoril"dən transfer olunub. Portuqaliya millisinin üzvü son mövsümdə komandanın heyətində meydana çıxdığı 50 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti