İtaliyanın "Bolonya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Bavariya"nın hücumçusu Coşua Zirkzeeni transfer edib. Bu barədə "göy-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

 

21 yaşlı forvardla 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. İtalyanlar bu keçid üçün Münhen təmsilçisinə 8 milyon avro təzminat ödəyib.

 

Qeyd edək ki, Coşua Zirkzee "Bavariya"ya 2017-ci ildə "Feyenoord"dan transfer olunub. Niderlandlı qolçu son mövsümü icarə əsasında "Anderlext"də keçirib. O, Belçika klubunun heyətində meydana çıxdığı 47 matçda 18 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.