Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Dünya və Avropa Karate Federasiyasının prezidenti Antonio Espinosu qəbul edib.
Sportal.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə, o cümlədən karate növünə dövlət səviyyəsində dəstək göstərildiyi və ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlər qeyd olunub.
Karateçilərimizin nüfuzlu beynəlxalq idman yarışlarında, xüsusilə Olimpiya Oyunlarında qazandığı uğurlar vurğulanıb.
Görüşdə Bakıda keçirilən Dünya Karate Federasiyasının ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turnirinin əhəmiyyətindən söhbət açılıb. Bildirilib ki, bu turnirin keçirilməsi ölkəmizin mühüm beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etməsini bir daha göstərir.
Dövlətimizin başçısı Antonio Espinosa Azərbaycan Karate Federasiyasının fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Söhbət zamanı ölkəmizdə idmanın bu növünə çox sayda gənclərin və uşaqların böyük marağının olduğu məmnunluqla vurğulanıb.

İlham Əliyev Dünya və Avropa Karate Federasiyasının prezidentini qəbul etdi
m
Oxşar xəbərlər
Digər Xəbərlər
"Şirvan" və "Qaradağ Lökbatan" qələbə qazandı, "Zəngəzur"dan heç-heçə - II Liqa
Digər Xəbərlər
"Ağstafa Gəncləri" və "Marafon"dan qələbə II Liqa
Digər Xəbərlər
"Sabah" "Neftçi"ni məğlub etdi
Digər Xəbərlər
Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Digər Xəbərlər
Salah ölkəsinin bombardiri oldu
Digər Xəbərlər
"Sabah"ın basketbolçusu ÇL-də həftənin ən yaxşısı seçildi
Digər Xəbərlər
AFFA Ermənistan - Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etirazını bildirdi
Digər Xəbərlər
