İspaniya millisinin keçmiş hücumçusu Dieqo Kostanın karyerasını harada davam etdirəcəyi dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı forvard İngiltərə Premyer Liqasında oynayacaq. Təcrübəli qolçu "Vulverhempton"la 1 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, karyerası ərzində "Braqa", "Selta", "Valyadolid", "Çelsi", "Atletiko" kimi klublarda oynamış Dieqo Kosta son olaraq "Atletiko Mineyro"da oynayıb.