Portuqaliyalı futbolçu Fransa klubu ilə müqavilə imzaladı

16:57 - 21 Sentyabr 2022

"Lillə"dən ayrıldıqdan sonra azad agent statusunda olan Xekanın yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Fransanı tərk etməyəcək. 28 yaşlı futbolçu "Renn"ə transfer olub. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Fransa klubu təcrübəli oyunçu ilə 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

 

Qeyd edək ki, Xeka "Lill"ə 2018-ci ilin yayında "Dijon"dan transfer olunmuşdu. O, son mövsümdə komandanın heyətində meydana çıxdığı 31 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti