Qazaxıstanlı futbolçu: "Azlıqda qalandan sonra çətin oldu"

12:59 - 26 Sentyabr 2022

Qazaxıstan milli komandasının futbolçusu Ramazan Orazov UEFA Millətlər Liqası qrup mərhələsinin Azərbaycanla oyunundan sonra yerli mətbuata açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi komanda yoldaşı Nurali Alip qırmızı vərəqə gördükdən sonra işlərinin çətinləşdiyini deyib:

 

"Komandanın Millətlər Liqasındakı ümumi çıxışından razıyıq. Qrupu lider bitirdik və kifayət qədər yaxşı iş gördük. Azərbaycanla oyunda qırmızı vərəqəyə qədər tempi saxlayırdıq. Azlıqda qalandan sonra artıq çətin oldu. Xüsusilə də, Belarusla oyundan cəmi 2 gün keçib və komanda yorğun idi. 10 nəfərlə qalandan sonra rəqib təzyiqi artırdı və qollar vurdu".

Xəbər xətti