Sudamerikananın qalibi müəyyənləşdi

16:09 - 2 Oktyabr 2022

Cənubi Amerikanın nüfuzuna görə ikinci klub turniri hesab olunan Sudamerikananın qalibi müəyyənləşib.


Sportal.az xəbər verir ki, yarışın final matçında Ekvadorun "İndependiente del Valle" klubu ilə Braziliya "San Paulo"su üz-üzə gəlib. 2:0 hesablı qələbə qazanan Ekvador təmsilçisi turnirin qalibi olub.


"İndependiente de Valle" tarixi ərzində ikinci dəfə Sudamerikananın ən güclüsü olub. Komanda ilk dəfə 2019-cu ildə çempionluq yaşamışdı.

Xəbər xətti