AFFA İcraiyyə Komitəsinin bütün qərarları

17:40 - 4 Oktyabr 2022

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılsın.

2. Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilsin. U-19-un baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.

3. Qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiq olunsun:
Azərbaycan U-19 (qızlar) – Zamir Həsənov
Azərbaycan U-17 (qızlar) – Nərgiz Qurbanova
Azərbaycan U-15 (qızlar) – Xanlar Əliyev

4. Lisenziyalaşdırma qaydalarında (Buraxılış - 2022) müvafiq dəyişikliklər təsdiq olunsun.

5. Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin aparılması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılsın.

6. Yoxlama-Təftiş Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:

Sədr
Xalid Cavadov – AFFA nümayəndəsi

Üzvlər:
Xanım Məmmədova – AFFA nümayəndəsi
Tariyel Şirəliyev – SOCAR nümayəndəsi
Hafiz Quliyev – İqtisadiyyat Nazirliyinin nümayəndəsi
Səftər Vəlizadə – Dövlət Auditorlar Palatasının nümayəndəsi
Elnur Kazımov – Dövlət Auditorlar Palatasının sərbəst auditoru

Xəbər xətti