İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında qadınların yarışında son tur ərəfəsində çempion məlum olub.
Sportal.az xəbər verir ki, X turda qızlar arasında yarışan şahmatçımız Gövhər Beydullayeva sloveniyalı Zala Urh, Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə heç-heçə oynayıb.
Bu nəticədən sonra Gövhər Beydullayeva 20 yaşa qədər şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib. Gövhər bu qələbə ilə Azərbaycan şahmatı tarixində 20 yaşlılar arasında dünya çempionu olan ilk qadın şahmatçı kimi tarixə düşüb.
Oğlanlar arasında Abdulla Qədimbəyli X turda macarıstanlı Adam Kozakla heç-heçə edib, Məhəmməd Muradlı isə israilli Yair Parkhova qalib gəlib. Son tur ərəfəsində A.Qədimbəyli 7.5 xalla ikinci pillədə qərarlaşıb. Həmyerlimiz lider Adam Kozakdan (Macarıstan) yarım xal geri qalır. 11-ci turda Abdulla Qədimbəyli ağ fiqurlarla digər azərbaycanlı komanda yoldaşı Məhəmməd Muradlı ilə qarşılaşacaq.
Dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Reqlamentə görə, xallar bərabər olacağı halda şəxsi görüşlər nəzərə alınır.

Azərbaycan şahmatçısı dünya çempionu oldu
k
Oxşar xəbərlər
Digər Xəbərlər
"Şirvan" və "Qaradağ Lökbatan" qələbə qazandı, "Zəngəzur"dan heç-heçə - II Liqa
Digər Xəbərlər
"Ağstafa Gəncləri" və "Marafon"dan qələbə II Liqa
Digər Xəbərlər
"Sabah" "Neftçi"ni məğlub etdi
Digər Xəbərlər
Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Digər Xəbərlər
Salah ölkəsinin bombardiri oldu
Digər Xəbərlər
"Sabah"ın basketbolçusu ÇL-də həftənin ən yaxşısı seçildi
Digər Xəbərlər
AFFA Ermənistan - Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etirazını bildirdi
Digər Xəbərlər
