"Barselona" qış transfer pəncərəsi zamanı Memfis Depayla yolları ayırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, niderlandlı hücumçunun xidmətində üç klub maraqlıdır. 28 yaşlı forvardı "Qalatasaray", "Sevilya" və "Yuventus" transfer etmək istəyir.
Qeyd edək ki, Memfis Depay 2021-ci ilin yayından "Barselona"da çıxış edir. Niderland millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində 3 matçda meydana çıxıb.