Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni komandanın kapitanı Lionel Messi ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssis PSJ-nin hücumçusunu əfsanəvi tennisçi Roje Federerlə müqayisə edib:
"Messi Roje Federer kimidir. Federer karyerasını bitirəndən sonra nələr baş verdi? Hər kəs "Artıq o olmayacaq" deyir. Kim onun yenidən oynadığını görmək istəyər? Hamımız. Çünki, Federeri izləmək möhtəşəm idi. Eyni şey Messi üçün də keçərli olacaq. Ona görə də zövq alın. Nə olursa-olsun, Argentina Messini alqışlamalıdır".
Qeyd edək ki, Argentina dünya çempionatında C qrupunda Səudiyyə Ərəbistanı, Polşa və Meksika ilə mübarizə aparacaq.