Noyabrın 1-də gənclər və idman naziri Fərid Qayıbov sentyabr-oktyabr ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.
Sportal.az nazirliyin saytına istinadən xəbər verir ki, tədbirin əvvəlində nazir Fərid Qayıbov nazirliyin Kollegiya qərarı ilə əməkdar məşqçi fəxri adına və idman ustası dərəcəsinə layiq görülmüş bəzi mütəxəsislərə və idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.
Sonra Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə idmançıları salamlayan Fərid Qayıbov onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib. Bildirib ki, son vaxtlar belə görüşlər ənənə halını alıb. Sevindirici haldır ki, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrin sayı günbəgün artmaqdadır.
Sumo, atıcılıq, karate, MMA, para-pouerliftinq, boks, taekvondo, kikboksinq, cüdo, qrapplinq, mas-reslinq, kəmər güləşi, uşu-sanda, stolüstü tennis, şahmat, qol güləşi, para-taekvondo, güləş, ağırlıqqaldırma və digər idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar və qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Nazir beynəlxalq turnirlərdə qalib gələn idmançılarla görüşdü
ıl
Oxşar xəbərlər
Digər Xəbərlər
"Şirvan" və "Qaradağ Lökbatan" qələbə qazandı, "Zəngəzur"dan heç-heçə - II Liqa
Digər Xəbərlər
"Ağstafa Gəncləri" və "Marafon"dan qələbə II Liqa
Digər Xəbərlər
"Sabah" "Neftçi"ni məğlub etdi
Digər Xəbərlər
Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Digər Xəbərlər
Salah ölkəsinin bombardiri oldu
Digər Xəbərlər
"Sabah"ın basketbolçusu ÇL-də həftənin ən yaxşısı seçildi
Digər Xəbərlər
AFFA Ermənistan - Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etirazını bildirdi
Digər Xəbərlər
