Moldova milli komandası Azərbaycan və Rumıniya ilə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.
Sportal.az xəbər verir ki, bu görüşlərdən əvvəl yığmanın futbolçusu Viktor Stına yerli federasiyanın mətbuat xidmətinə açıqlama verib. 24 yaşlı yarımmüdafiəçi hazırlıq matçlarının nəticəsinin vacib olduğunu bildirib:
"Azərbaycan və Rumıniya ilə oyunu səbirsizliklə gözləyirik. Yaxşı oynamağa çalışacağıq. Əldə edəcəyimiz nəticə bizim üçün vacibdir".
Qeyd edək ki, Moldova - Azərbaycan qarşılaşması sabah Bakı vaxtilə saat 21:00-da "Zimbru" stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi
