"Liverpul" və "Yuventus" "Çelsi"nin futbolçusunu istəyir

19:15 - 17 Noyabr 2022

"Çelsi"nin yeni müqavilə təklifinə müsbət cavab verməyən Meyson Maunt Avropa nəhənglərinin diqqət mərkəzindədir.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə "Yuventus" və "Liverpul" yaxından maraqlanır. Hər iki klub 2024-cü ilin yayında "zadəganlar"la müqaviləsi başa çatan ingilis oyunçunu pulsuz heyətinə qatmaq istəyir.

 

Qeyd edək ki, Meyson Maunt "Çelsi"nin yetirməsidir. İngiltərə millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti