"Bavariya" avstriyalı yarımmüdafiəçi ilə razılıq əldə etdi

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi "Leyptsiq"in yarımmüdafiəçisi Konrad Laymerlə razılıq əldə edib. Yayda klubu ilə müqaviləsi başa çatan 25 yaşlı futbolçu "Bavariya"ya azad agents statusu ilə qoşulacaq.

 

Qeyd edək ki, Konrad Laymer 2017-ci ilin yayından "Leyptsiq"də çıxış edir. Avstriyalı dayaq yarımmüdafiəçisi Bundesliqa klubunun heyətində meydana çıxdığı 167 matçda 11 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 23 Noyabr [18:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Dekabr 2022
3  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio