"Serbiyada millidən gözləntilər böyükdür"

15:33 - 24 Noyabr 2022

"Zirə"nin serbiyalı futbolçusu Andriya Lukoviç Sportal.az saytına müsahibə verib. O, dünya çempionatındakı çıxışına bu gün start verəcək Serbiya millisi haqda danışıb. Serbiyanın U-19 və U-21 yığmalarının sabiq üzvü ölkəsinin əsas millisinin bu gün Braziliyaya qarşı keçirəcəyi görüşlə bağlı fikirlərini söyləyib.

- Bir neçə gündür ki, dünya çempionatı davam edir. İndiyə qədər gözlənilməz nəticələr də qeydə alınıb. Sənin üçün hansı matç daha maraqlı olub?
Təbii ki, dünya çempionatının oyunlarını izləməyə çalışıram. Amma bütün oyunları izləməyim məşqlərimizin saatından asılıdır. Hamı kimi mənim üçün də ən böyük sürpriz Səudiyyə Ərəbistanı və Yaponiya yığmalarının göstərdiyi nəticələr oldu. Dünən Kanadanın Belçikaya qarşı nümayiş etdirdiyi əla futbol da məni təəccübləndirdi.

- Sizin üçün doğma sayılan Serbiya millisi isə mundialdakı iştirakına bu gün başlayır. Yığmadan gözləntiniz nədir?
- Serbiyada milli komandadan gözləntilər həqiqətən də çox böyükdür. Çünki biz keçən il Lissabonda Portuqaliyaya qalib gəlmişdik. Bəlkə də, gözləntilər o qədər yüksək deyildi. Amma indi bu cürdür. Başa düşmək olar. Çünki Serbiya millisi həqiqətən yaxşı oyun göstərir. Bu, millinin baş məşqçi postuna Draqan Stoykoviçin gəlişindən sonra baş verdi. 

- Serbiya millisinin ilk turdakı rəqibi Braziliyadır. Milliniz mundialın favoritindən xal ala biləcək? 
- Həqiqətən də ilk oyunda Braziliya ilə oynamaq çətindir. Çox çətin olacaq. Amma düzünü deyim, Serbiyada millidən gözləntilər çox böyükdür. Bilmirəm, bəlkə də, ilk oyunda Braziliya ilə oynamaq daha yaxşıdır. Hər halda, yığma hər oyunda ən yaxşısını etməyə çalışacaq.

- Serbiya Braziliyadan nəyin hesanına xal ala bilər?
-  Serbiya millisi döyüşkəndir və yığmada çox yaxşı futbolçular yer alıb. Qrupda oyunlar olacaq. Millimizin uğurlu çıxışına inanıram. Yığmanın qrupdan çıxması bizim üçün çox böyük uğur olacaq. Hər şey etmək mümkündür.
 

- Bəs, Serbiyanın dünya çempionatında qalib olmaq sürpriiz baş verə bilər?
Hələ ki, bu haqda danışmaq tezdir. Bunun mümkün olmadığını deyə bilmərəm. Amma dünya çempionu olmaq da çox çətindir. Təbii ki, buna addım-addım getmək lazımdır. Ümidvaram ki, millimiz ən yaxşı nəticəni qazanacaq.

- Yığma komandanın hansı futbolçusu ilə münasibətiniz var? Kiminləsə oyundan əvvəl danışmışısız?
-
Bəli, bir çox futbolçu ilə münasibətim var. Çünki həmin futbolçularla aşağı yaş qruplarında birlikdə oynamışıq. Onlarla yazışıram, danışıram. Son dəfə Srcan Babiç, Nemanya Radonyiç, Marko Qruyiçlə birlikdə oynamışıq. Mən ona uğurlar arzulayıram. Əminəm ki, millimiz bu mundialda yaxşı nəticə göstərəcək. 

Elçin Əlixan

Xəbər xətti