Keçmiş "Qalatasaray"lı yenidən İstanbulda oynayacaq

19:41 - 25 Noyabr 2022

"Qalatasaray"ın keçmiş futbolçusu Sofian Fequli yenidən Türkiyədə oynayacaq.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Fatih Karagümrük"lə razılıq əldə edib. Əlcəzairli futbolçu yaxın günlərdə İstanbul təmsilçisi ilə müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Sofian Fequli 2017-2022-ci illərdə "Qalatasaray"da oynayıb. Yayda "sarı-qırmızılar"la müqaviləsi başa çatan təcrübəli vinger klubsuz idi.

Xəbər xətti