"Qalatasaray"ın müdafiəçisinə 8 milyon avroluq təklif

10:59 - 26 Noyabr 2022

"Qalatasaray"ın futbolçusu Saşa Boeyə Fransadan təklif gəlib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisini "Lion" transfer etmək istəyir. Türkiyə mediasının yazdığına görə Liqa 1 klubu fransalı oyunçusu üçün "sarı-qırmızılar"a 8 milyon avroluq təklif göndərib. İstanbul təmsilçisi bu təklifi qəbul etməyib.

 

Qeyd edək ki, "Qalatasaray" Saşa Boeni 2021-ci ilin yayında "Reann"dən transfer edib. Müdafiəçi cari mövsümdə Super Liqa klubunun heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti