"İtaliya klubları "Fənərbaxça"nın futbolçusunu istəyir

13:22 - 26 Noyabr 2022

"Fənərbaxça"da ümidləri doğrultmayan Joao Pedro qışda komandadan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçunun yenidən İtaliyada oynamaq ehtimalı var.

 

Braziliya əsilli italiyalı futbolçunun xidmətində 2 A Seriyası klubu maraqlıdır. "Sampdoriya" və "Torino" təcrübəli oyunçunu icarəyə götürmək istəyir.

 

Qeyd edək ki, "Fənərbaxça" Joao Pedronu mövsümün əvvəlində "Kalyari"dən transfer edib. İtaliya millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti