"Fənərbaxça" Almaniyadan futbolçu transfer etdi

15:50 - 26 Noyabr 2022

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın "Roytlinqen" klubundan Ozan Suncakı transfer edib. Bu barədə "sarı-lacivərtlilər"in mətbuat xidməti məlumat yayıb.

 

18 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanan müqavilənin müddəti barədə açıqlama verilməyib.

Xəbər xətti