"Reyncers"in yeni baş məşqçisi açıqlandı

22:14 - 28 Noyabr 2022

Şotlandiyanın "Reyncers" klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisini Maykl Bil çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı ingilis mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, son iş yeri QPR olan Maykl Bil "Reyncers"in baş məşqçisi postunda Covanni van Bronxorstu əvəz edib.

Xəbər xətti