Premyer Liqa klubundan "Fənərbaxça"ya 20 milyon avroluq təklif

İngiltərənin "Lester Siti" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, 15 Premyer Liqa matçında qapısında 25 qol görən "tülkülər" qış transfer pəncərəsi zamanı müdafiənin mərkəzinə yeni oyunçu cəlb etməyi planlaşdırır. 

 

"Lester Siti"nin əsas transfer hədəfi "Fənərbaxça"da çıxış edən Atilla Salaidir. Premyer Liqa təmsilçisi 24 yaşlı macarıstanlı mərkəz müdafiəçisi üçün Türkiyə klubuna 20 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında yaxın zamanda danışıqların başlayacağı gözlənilir.

 

Qeyd edək ki, "Fənərbaxça" Atilla Salaini 2021-ci ilin yanvar ayında Kiprin "Apollon" klubundan transfer edib. Macarıstan millisinin üzvü cari mövsümdə "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 25 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 30 Noyabr [17:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio