Çin Qran-prisi ləğv olundu

18:56 - 2 Dekabr 2022

Formula 1 üzrə dünya çempionatının 2023-cü il təqvimində yer alan Çin Qran-prisi ləğv olunub.

Sportal.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb ölkədə koronavirusun yaratdığı davamlı çətinliklərdir. 3 ildir təşkil olunmayan Çin Qran-prisi 2023-cü ilin təqvimindən də çıxarılıb.

 

16 aprel tarixində keçirilməli olan yarış ləğv olunduğuna görə Çin Qran-prisinin yerinə digər alternativlər dəyərləndiriləcək.

Xəbər xətti