Baş məşqçidən Ronaldo açıqlaması: "Transfer haqda danışmamışam"

17:59 - 5 Dekabr 2022

Poruqaliya milli komandasının baş məşqçisi Fernando Santos Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubuna keçəcəyi iddiaları barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 68 yaşlı mütəxəssis bu transfer haqda məlumatsız olduğunu bildirib:

 

"Kriştiano Ronaldo ilə "Əl-Nəssr"ə transferi haqda danışmamışam. Oyunçularımla görüşdüm, ancaq bu mövzudan xəbərim yoxdur. Kriştiano da daxil olmaqla komanda olaraq yalnız dünya çempionatına köklənmişik".

 

Qeyd edək ki, "Marca" nəşri Kriştiano Ronaldonun "Əl-Nəss" klubu ilə 2,5 illik müqavilə imzalayacağı barədə xəbər yayıb.

Xəbər xətti