Fərid Qayıbov idmançılarla görüşdü

20:50 - 5 Dekabr 2022

Dekabrın 5-də gənclər və idman naziri Fərid Qayıbov noyabr ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.

 

Sportal.az xəbər verir ki, tədbirin əvvəlində nazir Fərid Qayıbov “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” və “Azərbaycan Respublikasının İdman Ustası ” fəxri adlarına layiq görülmüş idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.

 

Tədbirdə idmançıları salamlayan Fərid Qayıbov bildirib ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. İlin sona yaxınlaşdığını qeyd edən nazir idmançıları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib və onlara gələn il də böyük qələbələr arzulayıb.

 

Kapoeyra, sambo, avarçəkmə, kikboksinq, taekvondo, qılıncoynatma, ağır atletika, paracüdo, paraüzgüçülük, gimnastika, şahmat, yunan-Roma güləşi, bodibildinq və fitness idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

 

Tədbirdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

Xəbər xətti