Ulduz futbolçu milli karyerasını başa vurdu: Azərbaycana qarşı oynamayacaq

14:12 - 7 Dekabr 2022

Eden Azar Belçika milli komandasındakı karyerasını bitirib.

 

Sportal.az xəbər verir ki, bu barədə "Real"ın futbolçusu özü açıqlama verib. Ulduz futbolçu 31 yaşında yığma komanda ilə vidalaşıb.

 

Qeyd edək ki, Eden Azar 2008-ci ildən Belçika milli komandasında çıxış edirdi. Təcrübəli vinger "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 126 matçda 33 qol və 36 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, Belçika yığması Avro-2024-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb. Millimiz belçikalılarla ilk oyunu 2023-cü il sentyabrın 9-da Bakıda, cavab görüşünü isə noyabrın 19-da Brüsseldə keçirəcək.

Xəbər xətti