Gənclər və idman naziri Fərid Qayıbov dekabrın 8-də Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş keçirib.
Sportal.az xəbər verir ki, toplantı bu günlərdə qətlə yetirilmiş gənc idmançı Turan Rüstəmovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Həmçinin gələcəkdə belə halların baş verməməsi üçün federasiyalar tərəfindən profilaktik işlərin aparılması, yarışlar zamanı nəzarətin gücləndirilməsi barədə müzakirələr aparılıb.
Görüşdə tibbi təminat, idman fizioterapiyası məsələləri və növlər üzrə V İslam Həmrəyliyi Oyunlarında qazanılmış nəticələrin analitik təhlilin təqdimatı və müzakirələri aparılıb. Həmçinin milli komandaların tərkibi və hazırlıq planları, federasiyalarda görülən işlərlə bağlı rüblük hesabat təqdim edilib.
Gündəliyə əsasən, texniki reqlamentin, yeni medalların, federasiyaların sosial media fəaliyyəti ilə bağlı təqdimatı müzakirə edilib, federasiya nümayəndələrinin fikir və təklifləri dinlənilib.
İclasda həmçinin, beynəlxalq idman tədbirlərinin idarə olunması üzrə platformanın, vahid reyestr bazasının təqdimatı, idmançıların təhsil məsələləri və aktual məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşdü
l
Oxşar xəbərlər
Digər Xəbərlər
"Şirvan" və "Qaradağ Lökbatan" qələbə qazandı, "Zəngəzur"dan heç-heçə - II Liqa
Digər Xəbərlər
"Ağstafa Gəncləri" və "Marafon"dan qələbə II Liqa
Digər Xəbərlər
"Sabah" "Neftçi"ni məğlub etdi
Digər Xəbərlər
Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Digər Xəbərlər
Salah ölkəsinin bombardiri oldu
Digər Xəbərlər
"Sabah"ın basketbolçusu ÇL-də həftənin ən yaxşısı seçildi
Digər Xəbərlər
AFFA Ermənistan - Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etirazını bildirdi
Digər Xəbərlər
