Bu gün şahmat üzrə Azərbaycan çempionatında tay-brek görüşləri oynanılıb.
Sportal.az xəbər verir ki, finalın ilk rapib mübarizəsində ağ fiqurlarla oynayan Vasif Durarbəyli rəqibi Vüqar Əsədlini məğlub edib. İkinci görüşdə də qələbə qazanan Vasif Durarbəyli Azərbaycan çempionatının qalibi olub.
Bu V.Durarbəylinin karyerasında ikinci ölkə çempionluğudur. O, ilk dəfə 2021-ci ildə Azərbaycan çempionatında birinci yeri tutub.
Üçüncü yer uğrunda görüş Eltac Səfərli və Məhəmməd Muradlı arasında keçirilib. İlk rapid oyunu heç-heçə başa çatıb. İkinci oyunda ağ fiqurlarla mübarizə aparan Eltac Səfərli rəqibi məğlub etməklə bürünc medala sahib çıxıb.
Çempionatın ümumi mükafat fondu 25 min manat təşkil edir. Çempion 10 min manat pul mükafatı qazanıb.

Azərbaycan çempionu bəlli oldu
l
Oxşar xəbərlər
Digər Xəbərlər
"Şirvan" və "Qaradağ Lökbatan" qələbə qazandı, "Zəngəzur"dan heç-heçə - II Liqa
Digər Xəbərlər
"Ağstafa Gəncləri" və "Marafon"dan qələbə II Liqa
Digər Xəbərlər
"Sabah" "Neftçi"ni məğlub etdi
Digər Xəbərlər
Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Digər Xəbərlər
Salah ölkəsinin bombardiri oldu
Digər Xəbərlər
"Sabah"ın basketbolçusu ÇL-də həftənin ən yaxşısı seçildi
Digər Xəbərlər
AFFA Ermənistan - Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etirazını bildirdi
Digər Xəbərlər
