Gimnastikanın “TeamGym” növü üzrə 2024-cü il Avropa çempionatı Bakıda keçiriləcək.
Sportal.az xəbər verir ki, bu barədə Avropa Gimnastikasının (EG) rəsmi saytı xəbər yayıb.
Yarış 16 – 19 oktyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.
“TeamGym” Avropa Gimnastikasına aid komanda yarışı növüdür. Qeyri-olimpiya növü olan növə 3 alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (kiçik batut).
Hər bir alət üzərində çıxışlar səmərəli komanda işi, çətin akrobatika və gimnastika elementlərinin icra olunması üçün mükəmməl texnika tələb edir.
“TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar (həm qadın, həm də kişilərdən ibarət komandalar).

Bakıda Avropa çempionatı keçiriləcək
l
Oxşar xəbərlər
Digər Xəbərlər
"Şirvan" və "Qaradağ Lökbatan" qələbə qazandı, "Zəngəzur"dan heç-heçə - II Liqa
Digər Xəbərlər
"Ağstafa Gəncləri" və "Marafon"dan qələbə II Liqa
Digər Xəbərlər
"Sabah" "Neftçi"ni məğlub etdi
Digər Xəbərlər
Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Digər Xəbərlər
Salah ölkəsinin bombardiri oldu
Digər Xəbərlər
"Sabah"ın basketbolçusu ÇL-də həftənin ən yaxşısı seçildi
Digər Xəbərlər
AFFA Ermənistan - Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etirazını bildirdi
Digər Xəbərlər
