A Seriyası klubunda ikinci türk

12:45 - 2 Fevral 2023

İtaliyanın "Sampdoriya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Torino"dan Emirhan İlkhanı transfer edib. Bu barədə Cenoa klubunun mətbuat xidməti məlumat yayıb. Türk yarımmüdafiəçi mövsümün sonuna kimi icarə əsasında "Sampdoriya"da çıxış edəcək.

 

Emirhan İlkhan "Torino"ya mövsümün əvvəlində "Beşiktaş"dan transfer olunub. 18 yaşlı futbolçu komandanın heyətində 4 rəsmi matçda meydana çıxıb.

 

Qeyd edək ki, "Sampdoriya" bir neçə gün öncə "Verona"dan türk müdafiəçi Koray Günteri icarəyə götürüb.

Xəbər xətti