"Qalatasaray" ulduz futbolçu üçün klubu ilə danışıqlara başladı

12:15 - 5 Fevral 2023

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas transfer hədəfi "Roma"nın yarımmüdafiəçisi Nikolo Zanyolodur. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. "Qalatasaray" 23 yaşlı vinger üçün İtaliya klubu ilə danışıqlara başlayıb.

 

Qeyd edək ki, Nikolo Zanyolo "Roma"ya 2018-ci ilin yayında "İnter"dən transfer olunub. İtaliya millisinin üzvü cari mövsümdə paytaxt klubunun heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb,

Xəbər xətti