Azərbaycan Kubokunun finalı bu stadionda

16:46 - 1 Mart 2023

Azərbaycan Kubokunun 2022/2023 mövsümünün final matçının keçiriləcəyi stadion müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən oyun “Bakcell Arena”da baş tutacaq. Ölkə kubokunun həlledici qarşılaşması öncədən elan olunduğu kimi iyun ayının 3-də keçiriləcək.

 

Matçın vaxtı və digər detallarla bağlı əlavə məlumat veriləcək.

Xəbər xətti