"Qarabağ", "Neftçi" və "Sabah"ın futbolçuları eyni millidə

13:14 - 17 Mart 2023

Gürcüstan millisinin heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, Vili Sanyol Monqolustanla yoxlama (25 mart) və AVRO-2024-ün Norveçlə görüşü üçün (28 mart) 25 futbolçuya ehtiyac duyub.

Onlar arasında Azərbaycan Premyer Liqasından üç futbolçu - Luka Quqeşaşvili (“Qarabağ”), Solomon Kverkveliya(“Neftçi”) və Davit Volkova da (“Sabah”) dəvət göndərilib.
 

Xəbər xətti