Azərbaycanlı məşqçilər UEFA-nın tədbirində - FOTO

14:02 - 17 Mart 2023

UEFA-nın mənzil qərargahında Pro kursu tələbələrinin bilik və təcrübə mübadiləsi tədbiri keçirilib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, instruktorlar Aslan Kərimov və Arif Əsədovun başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

İslandiyadan, Danimarkadan, Çexiyadan və UEFA-nın Pro kursunun son iştirakçıları ilə yanaşı ayrı-ayrı ölkələrdən qadın tələbələrin də iştirak etdiyi tədbir 3 gün davam edib.Tədbirdə UEFA-nın xüsusi qonaqları Rafael Benites ve Covanni van Bronxorst da istirak ediblər.

Xəbər xətti