"Qarabağ" - "Qalatasaray" matçının keçirilməsi məni çox sevindirdi"

14:37 - 17 Mart 2023

"Bəli, milli komandaların oyununa görə verilən fasilədə "Qarabağ" və "Qalatasaray" xeyriyyə matçında üz-üzə gələcək. Bu, matçın ideyası məni çox sevindirir. "Qarabağ"da çalışmış məşqçi olaraq da həmçinin. Azərbaycan futbolunun dünyaya tanıdılması baxımından önəmlidir. Azərbaycan və Türkiyə futbolunun yenidən bir-birini tanıması, yaxınlaşması baxımından da önəmli görüşdür. Son illərdə Azərbaycanla Türkiyə futbolu bir-birindən çox uzaqlaşmışdı. Həm məşqçi, həm də işbirliyi baxımından belədidr. Məncə, AFFA və TFF birlikdə yeni işlər görməlidir. Oradakı istedadlı gənclər Türkiyədə aşağı yaş qruplarından ibarət komandalara cəlb edilməlidir. "Qalatasaray"ın "Qarabağ"la oynaması məni sevindirdi. Biz iki dövlət bir millətik. Bu da sonsuza qədər davam edəcək".

Bu sözləri Sportal.az saytına açıqlamasında Mehmet Ak deyib.

Azərbaycanda çalışmış türkiyəli məşqçilərdən olmuş Ak martın 26-da "Qarabağ" və "Qalatasaray"ın xeyriyyə matçında üz-üzə gəlməsini şərh edib. "Qarabağ" və "Neftçi"nin keçmiş məşqçisi bu oyunu maraqla gözlədiyini bildirib. Hazırda Türkiyədə "Karacabey Belediyyespor"u çalışdıran Ak "Konyaspor"da oynayan Mahir Emreli barədə də danışıb. Onun sözlərinə görə Emreli hazırkı klubunda özünü göstərə biləcək: 

"Mahir "Konyasopr"un heyətində meydana çıxdığı ilk oyununda yaxşı görünürdü. "Konyaspor"a xeyir verə biləcəyini göstərdi. İnanıram ki, yaxın vaxtlarda bunu reallaşdıracaq. "Konyaspor" İlham Palutun gedişindən sonra oyun planında problem yaşayır. Yeni baş məşqçi gəldi və bunu aradan qaldırmağa çalışır. Mahir də yeni oyun sistemdə komandaya xeyir verəcək. O, yaxşı futbolçudur, yaxşı yaxşı alt yapası var, faydalı oalcaq".

Mirbağırağa

 

Xəbər xətti