Xorvatiya Futbol Federasiyası milli komandanın baş məşqçisi Zlatko Daliçlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, 56 yaşlı mütəxəssisin müqaviləsinin müddəti uzadılıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Təcrübəli məşqçi 2026-cı ilədək yığmanın "sükan"ı arxasında olacaq.
Qeyd edək ki, Zlatko Daliç 2017-ci ilin yayından Xorvatiya seçməsini çalışdırır. Komanda onun rəhbəliyi altında DÇ-2018-də ikinci yeri tutub, 2022-ci ilin mundialında isə bürünc medal qazanıb.
saytlarin hazirlanmasi