Azərbaycanın bu klubu "Qarabağ" - "Qalatasaray" matçına 100 bilet aldı

17:40 - 18 Mart 2023

 "Şəfa" klubu adından Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım oyununa dəstək məqsədilə 100 ədəd bilet satın alınıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat yayılıb. Biletlər akademiyanın uşaqları və valideynləri üçün (yalnız gələ biləcək olanlara) hədiyyə olunacaq:

"Biletlər oyunçularımıza və hər oyunçunun sadəcə 1 valideyninə hədiyyə olaraq veriləcək. Oyunçularımızdan oyuna klubumuza aid formanı geyinib gəlmələri xahiş olunur. Oyuna gələ biləcək olan oyunçularımız bizə bildirərək, biletlərini əldə edə bilərlər".

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" yoldaşlıq matçı martın 26-sı saat 20:00-da BOS-da baş tutacaq.

Xəbər xətti