"Qalatasaray"ın Bakıya gəliş saatı dəyişdi

21:59 - 22 Mart 2023

"Qarabağ"la xeyriyyə matçında qarşılaşacaq "Qalatasaray"ın Azərbaycana gəliş saatı dəyişib.

Sportal.az saytının əldə etdiyi məlumata görə, İstanbul təmsilçisi əvvəlcədən planlaşdırıldığı kimi martın 25-də saat 19:30-da deyil, 23:40-da Bakıda olacaq. Buna səbəb "sarı-qırmızılar"ın baş məşqçisi Okan Burukun komandanın məşq proqramında dəyişiklik etməsidir.

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" qarşılaşması 26 mart tarixində saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xəbər xətti